• $
  • £

Artıq 200 min insan səfərbərliyə çağırılıb - Şoyqu

Artıq 200 min insan səfərbərliyə çağırılıb - Şoyqu
04.10.2022 19:30
Rusiya Silahlı Qüvvələrinə qismən səfərbərliklə əlaqədar 200 mindən çox insan çağırılıb, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
 
Onun sözlərinə görə, Müdafiə Nazirliyi qismən səfərbərlik planının üçdə ikidən çoxunu yerinə yetirib:
 
"Bu gün Silahlı Qüvvələrə 200 mindən çox insan gəlib. Təşkil olunan bölmələrin şəxsi heyətinin hazırlığı 80 poliqonda və altı təlim mərkəzində aparılır".
 
Şoyqu bildirib ki, vəzifəli şəxslərə səfərbər olunanların geyim dəstləri və digər əmlakla təmin edilməsi, onların hərbi vəzifələrə təyin edilməsi tapşırılıb.
 
Şoyqu vurğulayıb ki, qismən səfərbərliyə çağırılanlar artıq cəlb olunmuş bölmələrlə birlikdə yalnız döyüş koordinasiyasından sonra xüsusi hərbi əməliyyat bölgələrinə göndəriləcək. O, hərbi dairələrin və Şimal Donanmasının komandirlərindən "çağırılanları döyüş vəziyyətinə tez uyğunlaşdırmaq üçün döyüş təcrübəsi olan zabitlərin rəhbərliyi altında onlarla əlavə təlim keçirməyi” tələb edib.
 
Müdafiə nazirinin sözlərinə görə, payız çağırışı zamanı xidməti başa vuran çağırışçılar evə qayıdacaq, yeni çağırışçılar isə xüsusi təyinatlı hərbi əməliyyata cəlb olunmayan hissələrdə xidmət edəcəklər.
 
Bu il payız çağırışı adi vaxtdan bir ay gec, noyabrda başlayacaq və ehtiyata keçid oktyabrdan dekabr ayına qədər baş tutacaq. Həmin müddətdə 120 min nəfərin çağırılması planlaşdırılır ki, bu da ötən payızdan 7500 nəfər azdır.
 
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib. Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb. Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra 261 min kişi ölkəni tərk edib. Bu barədə məlumatı Rusiya  Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib ki, son iki gündə Gürcüstana 21 mindən çox Rusiya vətəndaşı gəlib. 
 
"Rusiyada qismən səfərbərlik elan edildikdən sonrakı günlərdə Rusiyadan Gürcüstana 5-6 min nəfər səfər edib, son iki gündə isə onların sayı 40-45% faiz artıb", - nazir bildirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, qismən səfərbərlik zamanı 300 min ehtiyatda olan hərbçi orduya çağırılacaq.
 
Türkiyə mediası yazıb ki,  Rusiya vətəndaşları viza tələb etməyən Türkiyə, Azərbaycan və Ermənistana qaçmaq üçün həm hava limanı, həm də şəxsi avtomobiləri ilə sərhədlərə axın edib. Çox bahalı təyyarə biletlərinə belə pul xərcləyən hərbi xidmətə yararlı ruslar belə biletlər tapa bilmədikdə daha çox xərcləməkdən çəkinmirlər. Belə ki, Rusiya vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün şəxsi təyyarə belə kirayə etdikləri ortaya çıxıb. Bunun üçün 27 min dollar pul verən ruslar kirayə etdikləri təyyarələr ilə yuxarıda qeyd edilən 3 ölkəyə qaçırlar. Şəxsi təyyarə kirayə verən şirkətlər onlara tələblərin son günlərdə artdığını bildiriblər. Belə təyyarələrdə bir oturacağın qiyməti 21 min 500 dollarla 27 min dollar arası dəyişir.

"Gün ərzində normalda 50 tələb gəlirdi, lakin indi bir gündə 5 min insan bizə müraciət edir. İndi baş verənlər tam bir dəlilikdir”, - deyə "Your Charter” şirkətinin direktoru Yevgenıy Bikov bildirib.
 
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb. Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol