• $
  • £

Polşa Ukraynada rusiyalıların hərbi cinayətlərini sənədləşdirəcək

Polşa Ukraynada rusiyalıların hərbi cinayətlərini sənədləşdirəcək
04.10.2022 22:30
Polşa Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə yeni ekspert missiyası hazırlayır. Missiya Rusiya hərbçilərinin Ukraynadakı hərbi cinayətlərini sənədləşdirəcək. Bu barədə Ukrayna Baş Prokurorluq Ofisinin mətbuat xidməti məlumat yayıb.

Polşalı mütəxəssislərin Ukraynaya gəlməsi ilə bağlı Ukraynanın baş prokuroru Andrey Kostin və Polşanın ədliyyə naziri Zbiqnev Zebro görüş zamanı razılığa gəliblər.

"Bizim üçün Polşanın dəstəyi olduqca dəyərlidir. Litva ilə birlikdə Ukraynada Rusiya tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılması ilə bağlı Birgə İstintaq Qrupunun həmtəsisçisi olması bizim üçün çox önəmlidir. Biz ədalətin bərpası yolunda birgə fəaliyyət göstəririk”, - Andrey Kostin bildirib.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol