• $
  • £

CNN: ABŞ OPEC+ ölkələrini xam neft hasilatını azaltmaqdan çəkindirməyə çalışır

CNN: ABŞ OPEC+ ölkələrini xam neft hasilatını azaltmaqdan çəkindirməyə çalışır
05.10.2022 09:04
ABŞ prezidenti Co Baydenin administrasiyası OPEC+ ölkələrini xam neft hasilatını azaltmaq qərarından çəkindirməyə çalışır. Bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, Ağ Ev neft hasilatının azaldılmasını "ümumi fəlakət” və "düşmənçilik aktı” adlandırıb. Həmçinin, prezident administrasiyasının fikrincə, indiki iqtisadi vəziyyətdə neft hasilatının azaldılmasına ehtiyac yoxdur.

"Son bir neçə gün ərzində prezident Co Bayden administrasiyasının enerji, iqtisadiyyat və xarici siyasət sahələrində yüksək vəzifəli şəxsləri Yaxın Şərqdəki müttəfiq ölkələrdəki xarici həmkarlarına lobbiçilik etmək üçün cəlb olunublar”, - deyə telekanal bildirir.

Söhbət Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən getdiyi dəqiqləşdirilir. ABŞ onları hasilatın azaldılmasının əleyhinə səs verməyə çağırıb.

Bundan əvvəl Rusiya Federasiyası Federasiya Şurasının senatoru Aleksey Puşkov Rusiya və OPEC+ ölkələrinin neft hasilatını azaltmaq barədə mümkün qərarını Qərbin Rusiyanın enerji resurslarına qiymətlərin yuxarı həddi tətbiq etmək planlarına əks-hücum adlandırıb.
 
Bu gün Avstriyanın paytaxtı Vyanayada "OPEC plus” ölkələri nazirlərinin 33-cü iclası keçiriləcək. İclasda Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edəcək. "OPEC plus” un iclası COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək. Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol