Dünya bazarında çayın qiyməti artıb

Çayın 1 kiloqramının dünya bazarı qiyməti 2022-ci ilin avqustunda əvvəlki ay ilə müqayisədə 0.90% artaraq $3.36 səviyyəsində qərarlaşıb. Bu məlumat "Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına aid qısa icmal" sənədində öz əksini tapıb.
"2019-2021-ci illər ərzində çayın dünya bazarı qiymətində artım trendi müşahidə olunub. Çayın 1 kiloqramının qiymətində 2022-ci ilin birinci rübündə müşahidə edilən azalma, ikinci rübdə yenidən artım ilə əvəz olunub. Aylıq müşahidə dövründə isə 2022-ci ilin aprelində olan kəskin artım növbəti aylarda nisbətən sabitləşib", sənəddə yazılıb.
Sənədə görə, 2021-ci ildə ABŞ, Avropa İttifaqı və Yeni Zelandiyada süd xammalının bazar qiymətlərində ötən ilə nəzərən artım qeydə alınıb.
Belə ki, 2022-ci ilin ikinci rübündə süd xammalının qiyməti əvvəlki rübə nisbətən ABŞ-da 8.71%, Avropa İttifaqında 6.36% artıb, Yeni Zelandiyada isə 6.06% azalıb.
"Aylıq trenddə isə 2022-ci ilin iyulunda əvvəlki ay ilə müqayisədə süd xammalının 1 tonunun sahədən satış qiyməti ABŞ-da 4.31% azalaraq 567.9 ABŞ dollarına, Avropa İttifaqında 1.74% artaraq 520.7 ABŞ dollarına, Yeni Zelandiyada isə 4.88% azalaraq 436.4 ABŞ dollarına təklif olunub. 2021-ci ildə ABŞ-da və Avropa İttifaqında quru südün bazar qiymətində ötən illərə nisbətən artım qeydə alınıb. 2022-ci ilin ikinci rübündə quru südün qiyməti əvvəlki rübə nisbətən ABŞ bazarında 3.11%, Avropa bazarında isə 10.03% artıb. Aylıq trenddə isə 2022-ci ilin avqustunda əvvəlki ay ilə müqayisədə quru südün 1 tonunun qiyməti ABŞ-da 1.32% artaraq $5,082, Avropa İttifaqında isə 5.87% azalaraq 4,996.3 ABŞ dolları olub", hesabatda qeyd edilib.
Ləman
www.anews.az