Donuz ətinin qiyməti 2 dollar olub

Donuz ətinin 1 kiloqramının Avropa bazarı qiyməti 2022-ci ilin avqustunda əvvəlki ay ilə müqayisədə 3.55% artaraq $2.04 səviyyəsində qərarlaşıb. Bu məlumat "Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına aid qısa icmal" sənədində öz əksini tapıb.
www.anews.az
"2020-ci ildə donuz ətinin Avropa bazarı qiymətində əvvəlki ilə nisbətən artım müşahidə olunsa da 2021-ci ildə yenidən azalıb. 2022-ci ilin ikinci rübündə donuz ətinin 1 kiloqramının qiyməti əvvəlki rüblə müqayisədə 24.07% artaraq 2.01 ABŞ dolları olub. Aylıq müşahidə dövründə isə 2022-ci ilin martından etibarən donuz ətinin qiyməti kəskin artıb", sənəddə göstərilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmasına görə, Azərbaycanda heyvandarlıq məhsullarında özünütəminetməən aşağı göstərici donuz əti və ət məhsullarındadır (4,7%).2021-ci ilin statistikasına görə, Azərbaycanda 6 min 159 baş donuz mövcud olub. Donuzların sayı ən çox Naxçıvan Muxtar Respublikasında və Abşeron rayonunda artıb. Belə ki, 2020-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin ilk yarısında Naxçıvan Muxtar Respublikasında donuzların sayı 1,8 dəfə artaraq 887 başdan 1579 başa yüksəlib. Abşeron rayonunda isə donuzların sayı 32,6% artaraq 184 başdan 244 başa çatıb.
Ləman
www.anews.az