Azərbaycan hərbiçilərinin Ermənistan əsgərlərinə etdiyi hərəkətlər araşdırılır - Əliyev
Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib. Bu videolarla bağlı tam müstəqil istintaq qrupu yaradılıb və araşdırmaların nəticəsi olacaq. Bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib
Əliyevin sözlərinə görə, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində xidmət aparan 2 hərbi qulluqçunun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri, həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsinin 2 hərbi qulluqçusunun Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri faktlar təyin olunub.
"Bu faktlar ilə bağlı istintaq aparılmış, 4 nəfər şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həmin şəxslər barədə cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilmiş, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum edilmişlər. Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə bir neçə dəfə rəsmi məlumat verilməsinə baxmayaraq qarşı tərəfdən Azərbaycan hərbi qulluqçularına qarşı törədilmiş cinayət hadisələri, bununla bağlı social şəbəkələrdə yayılmış video və foto materiallarla bağlı bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırılmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur", - o deyib.
Baş prokuror Kamran Əliyev bildirib ki, bəzi ölkələrin səfirləri və yüksək vəzifəli şəxsləri ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərə qarşı biganə münasibət bəsləyir.
"Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən video görüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilmişdir", - o əlavə edib.
Azərbaycan hərbiçilərinin ermənilərə qarşı təhqiredici hərəkətlər etmələrini özündə əksetdirən videolar bir müddət əvvəl yayılıb. Belə ki, Ermənistanın news.am saytı yazır ki, oktyabrın 2-dən bəri sosial şəbəkələrdə yayımlanan erməni hərbi əsirlərin öldürülməsini əks etdirən video Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin sədri Siranuş Saakyan rəfindən yayımlanıb.
Onun sözlərinə görə, iki hərbçinin şəxsiyyəti müəyyən edilib.
"Video tədqiq edilib, yoxlanılıb, orijinaldır. Hadisə sentyabrın 13-də Azərbaycan əsgərlərinin iştirakı ilə İşxanasarda (Qızılcıq dağının bir hissəsi , - red) baş verib. Bu, yeni yaradılmış komando birliyidir, Türkiyədə təlim keçiblər və təbii ki, NATO-dan müəyyən dəstək alıblar. Yenidən hazırlanmış bölmələr ermənilərə qarşı hərbi cinayətləri proqramlaşdırır və həyata keçirir”, - Saakyan qeyd edib.
LəmanOnun sözlərinə görə, iki hərbçinin şəxsiyyəti müəyyən edilib.
"Video tədqiq edilib, yoxlanılıb, orijinaldır. Hadisə sentyabrın 13-də Azərbaycan əsgərlərinin iştirakı ilə İşxanasarda (Qızılcıq dağının bir hissəsi , - red) baş verib. Bu, yeni yaradılmış komando birliyidir, Türkiyədə təlim keçiblər və təbii ki, NATO-dan müəyyən dəstək alıblar. Yenidən hazırlanmış bölmələr ermənilərə qarşı hərbi cinayətləri proqramlaşdırır və həyata keçirir”, - Saakyan qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox