Tovuz döyüşləri ilə bağlı 4 cinayət işinin istintaqı aparılıb
Azərbaycan və Ermənistan arasında yaşayan gərginlik zamanı 2020-ci ildə baş tutan Tovuz döyüşləri ilə bağlı 4 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci ilin iyulun 14-16-sı tarixlərində Tovuz və Qazax rayonları ərazisinin müxtəlif odlu silahdan və minaatanlardan atəşə tutulması ilə 1 nəfər ölüb.
"Qazaxda 6 nəfər mülki şəxsə maddi ziyan dəyib, Tovuz sakinlərindən 65 nəfərə evlərinin dağılması nəticəsində müxtəlif məbləğlərdə maddi ziyan dəyib. 2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təcavüzü nəticəsində 12 hərbi qulluqçu qəsdən öldürülüb, 65 hərbi qulluqçu öldürülməyə cəhd edilib", - o deyib.
2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərdir.
Azərbaycan mənbələrinə əsasən, Azərbaycanın bu döyüşdə 12 hərbçi və 1 mülki şəxs həlak olub, 4 hərbçi yaralanıb. Ermənistan mənbələrinə əsasənAzərbaycanda 21 hərbçi həlak olub, 13 PUA endirilib, 3 tank vurulub. Azərbaycan mənbələrinə əsasən Ermənistanın
120 hərbçi həlak olub,1 tank vurulub, 1 zirehli transportyor vurulub, 4 PUA endilirib,1 radioelektron mübarizə (REM) vasitəsi vurulub. Ermənistan tərəf isə öz itkilərinin 6 hərbçi ölümü, 36 hərbçi yaralanması, 2 polis və 1 mülki şəxs yaralanması, 1 yanğınsöndürmə maşının yanmasından ibarət olduğunu deyib.

Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox