• $
  • £

Ermənistan tərəfi sərhədin delimitasiyası və demarkasiyasına icazə verib

Ermənistan tərəfi sərhədin delimitasiyası və demarkasiyasına icazə verib
06.10.2022 12:33
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar keçirilib. Bu ilin mayından başlayaraq Ermənistan tərəfi sərhədin delimitasiyası və demarkasiyasına icazə verib. İki komissiya iclası baş tutub. Bunu Azərbaycan  xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin keçirdiyi birgə brifinqdə çıxışı zamanı deyib.
 
"Demilitasiya və demarkasiya xəritələrin əsas götürüləcəyi həmin komissiyalar tərəfindən müəyyən ediləcək. Cenevrədə bu kimi suallar müzakirə edilməyib. Cenevrə müzakirələrin predmeti sülh müqaviləsi idi", Məmmədov bildirib.
 
Məmmədov onu da bildirib ki, Ermənistanın mövqeyi Azərbaycana qarşı törətdiyi cinayətləri inkar etməkdir.
 
"Azərbaycan bu və ya digər faktların araşdırılmasını beynəlxalq təşkilatlardan tələb edir. Amma biz Ermənistana münasibətdə beynəlxalq təşkilatlardan oxşar mövqeyi görmürük. Xocalı kimi cinayətləri görərək buna reaksiya verməmək nəinki ikili, həm də üçlü, dördlü srtandartlardan xəbər verir. Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Təəssüf ki, biz qarşı tərəfdən bunu görmürük. Ermənistanın 30 ildən çox davam edən cinayətləri araşdırılmalı, buna reaksiya verilməlidir”, - o deyib.
 
Məmmədovun sözlərinə görə, Azərbaycan həm I Qarabağ müharibəsi, həm atəşkəs dövrü ərzində, həm də II Qarabağ müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı bu ölkənin məsuliyyətə cəlb edilməsi ilə bağlı bir sıra beynəlxalq instansiyalara müraciət ünvanlayıb.
 
"Azərbaycan 2020-ci ildə bununla bağlı Avropa İnsan Haqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə edilib. Həmin il mina problemi ilə müraciət edilib. Ermənistan tərəfinfən Azərbaycanın suveren və beynəlxalq hüquqda tanınan ərazilərinə mina basdırılması cinayəti davam edir. Bu işlər baxılma mərhələsindədir. Hazırda məhkəmə iddialarla bağlı Ermənistan və Azərbaycan tərəfinə prosedur suallar göndərilib və suallara yaxın vaxtlarda cavab göndəriləcək. Ermənistanda Azərbaycana qarşı nifrət dolu çıxışlar edən qruplar var. Onlar Ermənistan hökuməti tərəfindən nəinki məsuliyyətə cəlb edilmir, həm də onlara Ermənistan Müdafiə Nazirliyi və digər qurumlar mükafatlar verir. Bu yaxınlarda, sentyabr ayında Ermənistan tərəfindən öhdəliklərə əməl edilməməsi ilə bağlı faktlar məhkəməyə təqdim edilib. Laçın şəhərində 1400 minanın tapılması və digər faktlar da məhkəmə müraciətinə daxil edilib. Bu isə Ermənistanın bu cür cinayətlərinə hələ də davam etdiyini sübuta yetirir”, o vurğulayıb.
 
N. Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol