Azərbaycan 1 713 meyiti Ermənistan tərəfə təhvil verib
Azərbaycan İkinci Qarabağ müharibəsində əsir götürülmüş 164 ermənini və 1 713 meyiti qarşı tərəfə təhvil verib, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.
"44 gün davam edən vətən müharibəsi dövründə 6 hərbçimiz itkin düşüb. 27 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin sentyabr ayına qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib", - o vurğulayıb.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında növbəti qarşıdurma başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Ləman
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox