• $
  • £

Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib

Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib
06.10.2022 13:24
Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verib. Bu barədə  Rusiya mətbuatı məlumat verib.

Çeçenistan rəhbərinin sözlərinə görə, növbəti rütbənin verilməsi barədə Putin ona şəxsən məlumat verib və  təbrik edib.

"Xidmətlərimə verilən yüksək qiymətə görə Ali Baş Komandanımıza sonsuz minnətdaram! Bu, mənim üçün böyük şərəfdir. Əvvəlcədən göstərilən etimadı doğruldacağıma söz verirəm", Kadırov vurğulayıb.

O, həmçinin bildirib ki, ona general-polkovnik rütbəsi haqqında sərəncam 709 saylı fərmanla verilib. Lakin bu fərman hələ Kremlin saytında hələ ki dərc edilməyib. 

2021-ci ilin sentyabrında Çeçenistan rəhbəri Vətən Qarşısında Xidmətə Görə III dərəcəli ordenlə, 2006-cı ildə isə "Vətənə xidmətə görə" IV dərəcəli ordenlə təltif edilib. O, həmçinin 2003-cü ildə "Şücaət", 2015-ci ildə "Şərəf", 2000-ci ildə "Hərbi şücaətə görə” II dərəcəli medal və 2005-ci ildə Çeçenistanın Kadırov adına ordenləri ilə təltif edilib. 2006-cı ildə Kadırov Rusiya Qəhrəmanı adı, 2020-ci ildə isə Putin ona Milli Qvardiyanın general-mayoru titulunu verib. Bundan əlavə, Kadırov "Çeçenistan Respublikasının Əməkdar Bədən Tərbiyəsi İşçisi" və "Çeçenistan Respublikasının Əməkdar İnşaatçısı" fəxri adlarına malikdir.
 
Rusiya prezidenti Vladimir Putin Çeçenistanın rəhbəri Ramzan Kadırovu müdafiə naziri təyin edə bilər. Dünən Putin tərəfindən Ramzan Kadırova general-polkovnik rütbəsinin verilməsindən sonra bu haqda iddialar gündəmə gəlib. Rusiyalı mütəxəssislərin fikrincə, Kadırovun Ukrayna müharibəsində oynadığı rol onun nüfuzunun artması ilə nəticələnib. General-polkovnik rütbəsi alan Çeçenistan rəhbərinin Rusiya müdafiə naziri Sergey Şoyqunu əvəz edə biləcəyi mümkün versiyalardan biri kimi qiymətləndirilir.
 
Ləman

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol