• $
  • £

ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək

ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək
08.10.2022 21:09
ABŞ-ın Yuta ştatında səfərdə olan Bakı Beynəlxaıq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib.

Salt Lake City şəhərinin meri xanım Erin Mendenhall və Yutah Ştatının Senatının sədri cənab Stüart Adams ilə görüşdə icraçı direktor Azərbaycanın multikulturalizm siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarda geniş maraq doğuran qlobal təşəbbüsləri haqqında danışıb. Görüşdə, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən tarixi torpaqlarımızda mədəni irsimizə qarşı törədilən vandalizm aktları və ərazilərimizin minalarla çirkləndirilməsi barədə də ətraflı bilgi verilib. Görüşlər zamanı Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi Qarabağ, Şuşa və Qafqaz Albaniyası irsinə həsr olunan kitabları da hədiyyə edilib.

ABŞ səfəri çərçivəsində BBMM-in icraçı direktoru R. Həsənov Brinqam Younq Universitetinin Hüquq və Din fakültəsinin dekanı, professor Bred Şarf və Sosial Elmlər Fakültəsinin dekanı, professor Skot Miller ilə də görüşu baş tutub. Görüşdə 2023-cü ilin qış semestrdən etibarən, Brinqam Younq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycan dili və multikulturalizmi fənni tədris olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, bununla da ilk dəfə olaraq Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ABŞ-da həyata keçiriləcəkdir. Hazırda Brinqam Younq Universitetində 40.000-dən yuxarı tələbə təhsil alır.

Bu layihə ilə bağlı ilkin razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los Anceles şəhərindəki sabiq baş konsulu, hazırda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin danışıqları sayəsində əldə edilmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:50
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Xəzərdə zəlzələ olub
Cəmiyyət 11:18
Xəzərdə zəlzələ olub
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
Cəmiyyət 11:11
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
2025-də doğulan hər 4 körpədən biri 3,5 kiloqramdan ağır olub
Cəmiyyət 11:01
2025-də doğulan hər 4 körpədən biri 3,5 kiloqramdan ağır olub
Ədalət Verdiyev: Hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Cəmiyyət 10:43
Ədalət Verdiyev: Hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol