Baydendən açıqlama - Putin zarafat eləmir
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin bu sözləri Ağ Evin mətbuat xidmətinin məlumatında əks olunub.
ABŞ Prezidenti Co Bayden qeyd edib ki, nüvə silahından istifadə bütün dünya üçün "Armageddon”la bitə bilər.
Ləman
www.anews.az
ABŞ Prezidenti Co Bayden qeyd edib ki, nüvə silahından istifadə bütün dünya üçün "Armageddon”la bitə bilər.
"Dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfədir ki, nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşir. Vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də, mümkündür", - o deyib.
ABŞ lideri rusiyalı həmkarı Vladimir Putini "yaxşı tanıyıram" deyib.
"Buna görə də Putin taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir”, - o əlavə edib.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox