• $
  • £

Paşinyan Rusiyaya gedir

Paşinyan Rusiyaya gedir
07.10.2022 09:32
Ermənistanın Baş naziri Nikol Paşinyan  Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb. Bununla bağlı məlumatı Ermənistan mətbuatı yayıb.
 
Onun səfəri Çexiya paytaxtı Praqadan Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçündür.

Paşinya  Rusiyanın şimal paytaxtına Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti başa çatandan sonra yollanıb.

MDB-nin sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə dördtərəfli görüş keçirilib.
 
Praqada  İlham Əliyev,  Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Avropa Ittifaqının yaydığı bəyanatda bildirilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
 
"Azərbaycan və Ermənistan BMT nizamnaməsi və 1991-ci il Almaata deklarasiyasının müddəalarına sadiq qaldıqlarını və ona uyğun olaraq bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını təsdiqləyiblər.  Bakı və Yerevan  bildirib ki, bu sərhədlərin delimitasiyası üçün əsas olacaq və komissiyanın növbəti görüşü bu il oktyabrın sonunda Brüsseldə baş tutacaqdır”, bəyanatda deyilir. 
 
Bəyanata görə, Ermənistan Azərbaycanla sərhədi boyu Avropa İttfaqının mülki missiyasına dəsək olacağına razılıq verib. Azərbaycan da öz növbəsində bu missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq  edəcəyinə razı olduğunu bildirib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol