Türkiyənin energetika naziri qaz tədarükünü müzakirə etmək üçün Rusiyaya səfər edəcək
Türkiyənin Təbii Sərvətlər və Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz respublikaya qaz tədarükünü müzakirə etmək üçün oktyabrın 11-də Rusiyaya səfər edəcək. Bu barədə TASS agentliyi məlumat yayıb.
"Nazir sabah Rusiyaya yola düşəcək, səfər zamanı müxtəlif enerji mövzularında, xüsusən də qaz təchizatı ilə bağlı bir sıra təmaslar aparılacaq”, - agentliyin məlumatında bildirilib.
Həmçinin qeyd olunub ki, yüksək vəzifəli şəxslərlə görüşlər keçiriləcək.
Daha əvvəl bildirilib ki, Türkiyə iqtisadi böhrandan çıxmaq üçün qaz tədarükçüləri ilə mövcud müqavilələri uzadıb və mayeləşdirilmiş təbii qaz (LNG) üzrə yeni müqavilələr imzalayıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qış dövrünə tam hazır olduğunu açıqlamışdı.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox