Telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlimlərə başlanılıb
Oktyabrın 10-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə telejurnalistlər üçün "Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlimlərə başlanılıb.
Təlimin açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək.
Sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov televiziya mühitində çalışan jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev televiziya sahəsində jurnalistlərin ixtisaslaşmasının və belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Təlimlərdə "Əl-Cəzirə” Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb "mobil jurnalistika”, "video jurnalistika”, "televiziya jurnalistikası” və s. mövzularda çıxış edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox