• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Yelo Bank "Sibos 2022" beynəlxalq konfransında iştirak edir

Yelo Bank
12.10.2022 12:49
Oktyabrın 10-u Amsterdamda dünyanın ən nüfuzlu beynəlxalq maliyyə sərgi və konfransı olan "Sibos 2022” tədbiri start götürüb. 4 gün davam edəcək konfransın 9300-dən çox iştirakçısı arasında Yelo Bank-ın nümayəndəliyi də var. Bankı tədbirdə İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və sədr müşaviri Fəridə Pirverdiyeva təmsil edirlər. Builki konfrans dəyişkən dünya üçün proqressiv maliyyəyə həsr olunub.


Pandemiyadan sonra ilk dəfə canlı şəkildə təşkil olunan Sibos 2022 tədbirində 250-dən çox spiker maliyyə sektorunda baş verən innovativ yeniliklər, qeyri-sabit zamanlarda uğur qazanılması və davamlılığın qorunması və digər məsələlər ətrafında müzakirələr aparacaq. 


Yelo Bank-ın sədr müavini Günay Cəlilovanın sözlərinə görə Sibos konfransı beynəlxalq maliyyə icması üçün xüsusi əhəmiyyət kəsb edir: "Maliyyə sektoru sürətli dəyişir. Bu dəyişikliklərə uyğunlaşan Yelo Bank da xidmət və məhsullarının, o cümlədən filialların rəqəmsallaşması istiqamətində mühüm işlər görür. Belə tədbiri dünyanın müxtəlif banklarının nümayəndələri ilə fikir mübadiləsi aparmaq, işgüzar əlaqələr qurmaq, qlobal təcrübə paylaşmaq baxımından çox əhəmiyyətli hesab edirik. Tədbirdə bir sıra xarici maliyyə təşkilatlarının görüşlərinə qatıldıq. Bu görüşlərdə maliyyə institutlarındakı innovativ trendlər, yeni texnologiyalar, çağırışlar haqqında effektiv müzakirələr aparıb, təcrübələrimizi bölüşdük. İnanıram ki, bu müzakirələr gələcək fəaliyyətimizdə çox faydalı olacaq".


Bank xidmətləri, həmçinin, kredit kalkulyatoru haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.


Yelo Bank – Parlaq bankçılıq!
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol