TAP-n gücünün iki dəfə artırılacağı tarix açıqlanıb - RƏSMİ

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücü 2027-ci ilin sonuna kimi 20 milyard kubmetr qaza qədər artırılacaq, TAP AG boru kəməri şirkətinin idarəedici direktoru Luka Şippati bildirib.
"TAP-ın imkanlarının genişləndirilməsi 2027-ci ilin sonuna qədər baş tutacaq. Bu, yeni borular çəkilmədən və İtaliyada yeni işə ehtiyac olmadan, yalnız Yunanıstan və Albaniyada yeni kompressorlar quraşdırmaq yolu ilə həyata keçiriləcək”, - Şippati bildirib.
Onun sözlərin görə, TAP AG qaz istehsalçıları və Cənub Qaz Dəhlizinin (CQD) operatorları ilə birlikdə TAP qaz kəmərinin ötürücülük qabiliyyətini ildə 20 milyard kubmetrə çatdırmaq planını dəstəkləyir və bu İtaliyaya, o cümlədən Avropaya əlavə qaz həcmləri nəql etməyə imkan verəcək.
Eyni zamanda Şipattinin fikrincə, 2023-24-cü illərin qışına hazırlıq çərçivəsində TAP-ın genişləndirilməsi üzrə işlərə artıq başlanmalıdır.
"TAP artıq İtaliyanı yeni marşrutla yeni qaz mənbəyi ilə təmin edir və ötən il verilən qazla müqayisədə ümumi tədarükün 60%-dən çox artması ilə ölkənin tələbatının 14%-dən çoxunu ödəyir", - deyə TAP AG-nin icraçı direktoru bildirib.
Şippati əlavə edib ki, 2022-ci ildə Azərbaycan qazının TAP qaz kəməri ilə Avropaya nəqli 11 milyard kubmetr həcmində qiymətləndirilir.
Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara ixracı 2020-ci il dekabrın 31-dən başlayıb. Qaz kəməri "Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onu iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir. Qaz kəməri "Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onu iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Ümumilikdə, 2022-ci ildə Azərbaycan qazının ixracının həcmi 22-23 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) təşkil edəcək. Eyni zamanda, Azərbaycan hakimiyyəti 2022-ci ildə Avropaya 11,5 milyard kubmetr qaz ixrac etməyi planlaşdırdığını açıqlayıb.
N.Təbrizli
www.anews.az