“Carlsberg Group” Azərbaycanda istehsalı artıracaq

Danimarkanın "Carlsberg Group” pivəqayırma korporasiyasının Azərbaycanda pivə istehsalın təşkili və inkişafına yönəli investisiyalarının ümumi həcmi 160 milyon manatı ötüb, bu barədə Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulis bildirib.
" 2008-ci ildə Azərbaycan bazarına daxil olandan bəri şirkət ölkəyə 160 milyon manatdan çox investisiya yatırıb. Azərbaycanın dövlət büdcəsinə vergi ödənişləri ildə 35 milyon manatı ötür”, - Antulis Carlsberg brendinin 175 illiyinə həsr olunmuş tədbirdə deyib.
Bundan əlavə, baş direktor qeyd edib ki, 2021-ci ildə Carlsberg Azerbaijan şirkəti Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə 2021-2025-ci illər üçün anlaşma memorandumu imzalayıb.
"Bizim üçün həm xammalın, həm də materialların tam yerli olması vacibdir ki, Azərbaycanda istehsal tamamilə həyata keçirilsin", - Antulis bildirib.
O, həmçinin qeyd edib ki, şirkət 2023-cü ildə Azərbaycanda yalnız yerli arpadan istifadə etməklə pivə istehsalına keçmək niyyətindədir. Yerli etiket təchizatçıları ilə də bununla bağlı işlərə başlanılıb, qablaşdırma məhsullarının yerli təchizatçıları ilə danışıqlar aparılır.
Baş direktorun sözlərinə görə, şirkətin hesablamalarına görə, Carlsberg Azerbaijan-ın yerli bazarda payı təxminən 75%-dir.
Antulisin sözlərinə görə, şirkət 2023-cü ildə Gürcüstana ixraca başlamaq niyyətindədir.
Eyni zamanda o əlavə edib ki, şirkət 2023-cü ildə Azərbaycanda istehsalı daha 20-25% (2022-ci ildə 4 milyon desilitr) artırmağı planlaşdırır.
Carlsberg Azerbaijan pivə zavodu Bakıdan 10 kilometr aralıda yerləşən Xırdalanda fəaliyyət göstərir. . Müəssisənin istehsal gücü ildə 8 milyon dekalitrdir. Şirkətdə 250-yə yaxın işçi çalışır və əlaqəli sənaye sahələrində (təchizatçı, pərakəndə satış, qonaqpərvərlik) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin portfelinə Xırdalan, Carlsberg, Baltika, Əfsanə, Kronenbourg, 1664 Blanc, Seth&Riley`s, Garage və s. kimi məşhur brendlər daxildir.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 