OPEC neftə tələbatın artımı proqnozunu dəyişib

OPEC neftə tələbatın artımı proqnozunu 2022-ci ildə sutkada 2,64 milyon barelə, 2023-cü ildə isə 2,34 milyon barelə endirib.
Belə ki, 2022-ci ildə dərc edilmiş hesablamaya görə, neft istehlakı sutkada 99,7 milyon barel, 2023-cü ildə isə 102 milyon barel təşkil edəcək.
Cari il üçün birincici rübü üzrə gündəlik istehlak proqnozu olduğu kimi saxlanılıb. II rübdə bu göstərici 99,36 mln. barelə, III rübdə 98,34 milyon barelə, IV rübdə 99,33 milyon barelə kimi azalıb.
Hesabata görə, bu il qlobal marketdə neftə tələbatın aşağı düşməsi son makroiqtisadi tendensiyalar və müxtəlif regionlarda neft istehlakının dinamikası ilə bağlıdır. Xüsusilə, Çinin bəzi bölgələrində COVİD-19-a gğrə məhdudiyyətlərinin uzadılması, Avropa ölkələrində iqtisadi problemlər, eləcə də iqtisadiyyatlarda inflyasiya təzyiqi proqnozların azaldılmasına səbəb olub.
Avqustda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələrdə kommersiya neft ehtiyatları, ilkin məlumatlara görə, 7,8 milyon barel və ya 2,712 milyard barelə qədər artaraq 2015-2019-cu illər üçün orta səviyyədən 273 milyon barel az olub.
Avqustda ehtiyatların strukturunda neftin həcmi 1,315 milyard barel təşkil edib ki, bu da iyuldan 70 milyon barel çoxdur. Neft məhsullarının kommersiya ehtiyatları da 1 milyon barel artaraq 1,398 milyard barelə təşkil edib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 