• $
  • £

Erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb - Nazir

Erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb - Nazir
12.10.2022 21:53
12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında iştirak edib. Əvvəlcə məhdud tərkibli formatda işə başlayan iclas daha sonra geniş tərkibdə davam edib.

XİN-dən  verilən məlumata görə, nazir Ceyhun Bayramov məhdud tərkibli iclasda çıxış edib.

Çıxışında nazir, MDB çərçivəsində qarşılıqlı fəaliyyət, habelə regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv fikir mübadiləsinin aparılması üçün iclasın yüksək səviyyədə təşkilinə görə sədr ölkə qismində Qazaxıstan tərəfinə təşəkkürünü ifadə edib. Müasir dünyanın çağırış və təhdidlərinə qarşı birgə fəaliyyətdə təhlükəsizlik məsələlərinin aktuallığının artığını qeyd edən nazir, bununla əlaqədar olaraq MDB çərçivəsində maraqlı tərəflər arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd edib. Nazir xüsusilə, ölkələr arasında etimad və qarşılıqlı analayışın möhkəmləndirilməsində ənənəvi olaraq təsirli vasitələrdən olan humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı məsələlərlə bağlı məlumatlandırıb. O, münaqişənin bitməsinin, iqtisadi və kommunikasya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyiə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib.Xüsusilə, bölgədə tranzit imkanlarının artırılması və ümumilikdə sərmayə mühitinin möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılışından sonra bölgənin əhəmiyyətinin artacağı diqqətə çatdırılıb. Nazir, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün görülən fəal işlərdən bəhs edib. Qısa müddət ərzində görülən işlərin miqyasının Azərbaycanın azad olunmuş torpaqları bərpa və inkişaf etdirmək qətiyyətini nümayiş etdirdiyi və bunun da öz növbəsində, bölgənin münaqişə sonrası sabitliyinə ciddi töhfə verəcəyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxış zamanı, həmçinin Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatların tam icra edilmədiyi, erməni hərbçilərinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Habelə, Ermənistan tərəfindən təxribatların davam etdirildiyi qeyd edilib, o cümlədən 13-14 sentyabr tarixlərində sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribatın çoxsaylı insan itkisinə səbəb olduğu vurğulanıb.
Ermənistanın bu hərəkətlərinin bölgədə sülh və sabitliyin təmin olunması səylərinə xələl gətirdiyi diqqətə çatdırılıb. Nazir, Azərbaycan Respublikasının münasibətlərin normallaşması və danışıqlar prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən real addımların atılmasını gözlədiyini və ölkəmizin bu xüsusda səylərini davam etdirməyə qətiyyətli olduğunu bəyan edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol