Astanada AQFET-in sammiti başlayıb - YENİLƏNİB
Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Əvvəlcə plenar iclasın gündəliyi qəbul edilib.
Sonra Küveytə AQEM-ə üzv dövlət statusu verilib. Beləliklə, Küveyt AQEM-in 28-ci üzv dövləti oldu. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşulub.
AQEM-in sədri olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək 5-ci Zirvə Toplantısından ötən dövrdə görülən işlər barədə məlumat verib.
Daha sonra Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iclas iştirakçılarına videomüraciəti nümayiş olunub.
Azərbaycan Prezidenti İlham Əliyev plenar iclasda çıxış edib.
Digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Plenar iclasda AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planları müzakirə olunub.
Növbəti iki ildə - 2022-2024-cü illərdə də AQEM-ə Qazaxıstan sədrlik edəcək.
Sonda Astana bəyannaməsi və digər sənədlər qəbul edilib.
Əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu ildönümünə həsr edilib və Qazaxıstanın sədrliyi ilə keçirilib. Zirvə Toplantısında 11 dövlət başçısı - Azərbaycan, Türkiyə, Rusiya, İran, Özbəkistan, Qırğızıstan, İraq, Fələstin, Tacikistan prezidentləri, Qətər Əmiri, eləcə də Vyetnamın vitse-prezidenti, Çin Xalq Respublikası Sədrinin müavini və beş nazir, həmçinin AQEM-in dövlət müşahidəçisi olan Belarus Prezidenti iştirak ediblər.

09:39
Preizdent İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edib.
Çıxışı zamanı dövlət başçısı Ermənistanın 30 il ərzində Azərbaycana etdiyi təcavüzü və vurduğu ziyanı samit iştirakçılarının bir daha diqqətinə çatdırıb.
"Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu. 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb", - prezident deyib.
İlham Əliyev həmçinin İkinci Qarabağ Müharibəsindən sonra 250 nəfərin mina partlayışları zamanı həlak olduğunu da diqqətə çatdırıb.
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. "Böyük Qayıdış” adlanan proqram artıq başlayıb", - İlham Əliyev söyləyib.
Prezident çıxışında əlavə edib ki, Azərbaycan sülh tərəfdarıdır və buna görə də Ermənistana sülh sazişi imzalanması üçün təklif edib.
---------------
Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası işə başlayıb.
Tədbirdə Azərbaycan, İraq, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Belarus dövlət başçıları, eyni zamanda Vyetnamın vitse-prezidenti və Çin rəhbərinin müavini iştirak edir.
Oktyabrın 14-də isə o, MDB Dövlət Başçıları Şurasının iclası və Rusiya-Mərkəzi Asiya sammiti baş tutacaq.
Rusiya prezidentinin bir sıra ikitərəfli və üçtərəfli danışıqları da nəzərdə tutulub. Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan və Tacikistan liderləri Sadır Japarov və Emoməli Rəhmon, Qətər əmiri Təmim bin Həməd Al Tani, Fələstin rəhbəri Mahmud Abbas və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi də nəzərdə tutulub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox