Putin: Rusiya qlobal maliyyə sisteminə yenidən baxılmasının tərəfdarıdır
Rusiya qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxmağa çağırır, bunu Vladimir Putin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VI sammitində çıxışı zamanı bildirib
Rusiya Federasiyasının Prezidenti, həmçinin dünyada enerji və ərzaq qiymətlərində yaranan qeyri-sabitlik nəticəsində real qıtlıq təhlükəsinin və genişmiqyaslı sarsıntıların mövcudluğunu qeyd edib.
O, həmçinin əlavə edib ki, Rusiya enerji təchizatı üçün milli valyutalarda hesablaşmalara keçməyə davam edəcək, çünki bu, Rusiya Federasiyasının və onun tərəfdaşlarının maliyyə suverenliyinin gücləndirilməsinə, daxili kapital bazarlarının inkişafına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə kömək edir.
Daha əvvəl Putin bildirib ki, dünya iqtisadiyyatı və energetikası hazırda qiymət qeyri-sabitliyi və bazar balanssızlığı ilə bağlı kəskin böhran yaşayır.
Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilir.
Tədbirdə Azərbaycan, İraq, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Belarus dövlət başçıları, eyni zamanda Vyetnamın vitse-prezidenti və Çin rəhbərinin müavini iştirak edir.
Tədbirdə Azərbaycan, İraq, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Belarus dövlət başçıları, eyni zamanda Vyetnamın vitse-prezidenti və Çin rəhbərinin müavini iştirak edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox