İlham Əliyev İbrahim Rəisi ilə görüşdü - Gözləntilər - YENİLƏNİB
Azərbaycan və İran prezidenti arasında keçirilən görüş başa çatıb.
Görüşdən məmnunluğunu ifadə edən Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu bildirdi. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran Prezidenti dedi ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini dedi.
Dövlət başçısı xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə etdi.
Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırdı. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd etdi.
Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıldı.

16:02
Oktyabrın 13-də Prezident İlham Əliyevin Astanada İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.
Görüşün detalları hələ mətbuata açıqlanmayıb.
Politoloq Zaur Məmmədovun sözlərinə görə Azərbaycanla İran prezidentlərinin görüşü ikitərəfli münasibətlərin inkişafına kömək edəcək.
"İkinci Qarabağ Müharibəsindən sonra İran Cənubi Qafqazdakı proseslərlə bağlı "Anti-Azərbaycan” xarakterli fikirlər bildirirdi. Qarabağın və Şərqi Zəngəzurun geri qaytarılmasından sonra İrandakı bəzi qüvvələr ciddi şəkildə həyəcan keçirməyə başladı Biz həmişə İranla bağlı xoş niyyətimizi göstərmişik. Azərbaycandan heç kim heç nə tələb edə bilməz. İki ölkə arasında görüş çox vacibdir. Azərbaycan Cənubi Qafqazdakı maraqlarını təmin etmək istəyir və buna görə də Ermənistanla sülh sazişi bağlamaq üçün təklif verib", - ekspert deyib.
Ekspertin fikrincə Azərbaycan İkinci Vətən Müharibəsindən sonra İrana yeni layihələrdə iştirak etmək üçün jestlər edib.
"İran bir çox nəqliyyat,enerji məsələlərinə aid layihələrdə qoşulmaqla iqtisadi diligentlər qazana bilər. Araz çayı üzərində son layihələr də buna istiqamətlənir. Azərbaycanla İran arasnda güclıü iqtisadi potensiallar var. Düşünürəm ki, iki ölkə arasında heç bir siyasi problem olmamalıdır.
Münasibət yalnız artan xətt üzrə inkişaf etməlidir. Bu görüş ikitərəfli münasibətlərin inkişafına kömək edəcək", - Zaur Məmmədov bildirib.
Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.
Tədbirdə Azərbaycan, İraq, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Belarus dövlət başçıları, eyni zamanda Vyetnamın vitse-prezidenti və Çin rəhbərinin müavini iştirak edib. Samitdən sonra ölkə prezidentləri təkbətək görüşlər keçirilir.

Ləman Hafizi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox