BP Azərbaycanda neft hasilatını azaldıb

BP-nin idarə etdiyi Azərbaycanın ən böyük neft yataqları olan Azəri-Çıraq-Günəşlidə (AÇG) neft hasilatı 2022-ci ilin yanvar-sentyabrında ötən ilin eyni dönəmiylə müqayisədə 17 milyon tondan 15,4 milyon tona düşüb. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
.
"2022-ci ilin ilk doqquz ayında Azərbaycanda ümumi neft hasilatı kondensatla birlikdə 24,5 milyon ton təşkil edib. Bunun 15,4 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin iri neft yataqlarından hasil edilən neftin, 5,8 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin, hasilatın qalan hissəsi qaz kondensatının payına düşüb”, - Energetika Nazirliyinin cüm günü yaayınladığı bəyanatda bildirilir.
.
Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın qaz hasilatının da böyük hissəsi – 18,5 milyard kubmetri BP tərəfindən istismar edilən "Şahdəniz” yatağından hasil edilib. SOCAR-ın doqquz ayda qaz hasilatı 5,9 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli” neft yatağından hasil edilən səmt qazının həcmi isə 10,0 milyard kubmetr təşkil edib.
Ümumilikdə bu ilin yanvar-sentyabrında Azərbaycanda qaz hasilatı 34,4 milyard kubmetr olub.
Ləman Hafizi
www.anews.az
Son xəbərlər
Daha çox 