Azərbaycan neft hasilatını azaldıb

Azərbaycanda neft hasilatı 2022-ci ilin yanvar-sentyabrında neft hasilatını bir il əvvəlki 25,9 milyon tondan 24,5 milyon tona kimi endirib.
Bu barədə Energetika naziri Pərviz Şahbazov Twitter hesabında yazıb.
www.anews.az
Bu barədə Energetika naziri Pərviz Şahbazov Twitter hesabında yazıb.
"Bu
ilin 9 ayında Azərbaycanda 24,5 milyon ton neft hasil edilib. Bunun 19,7 milyon
tonu ixraca yönəldilib”, - Şahbazov yazıb.
2022-ci ilin yanvar-sentyabrında Azərbaycanda
qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% artaraq 34,4 milyard
kubmetr təşkil edib.
Hesabat
dövründə Azərbaycan qazının ixracı 16,3 milyard kubmetr təşkil edib ki, bunun
da 8,3 milyard kubmetri Avropaya, 6,1 milyard kubmetri Türkiyəyə, 1,9 milyard
kubmetri Gürcüstana ixrac edilib.
Azərbaycan
bu il Avropaya qaz ixracının 2021-ci ildəki 8,2 milyard kubmetrdən 12 milyard
kubmetrə qədər artacağını bildirib.
Ləman Hafizi
www.anews.az
Son xəbərlər
Daha çox 