Azərbaycanda sentyabrda inflyasiya 3,1% təşkil edib

2022-ci ilin sentyabrında Azərbaycanda inflyasiya avqustda qeydə alınan 0,9%-lik inflyasiyaya qarşı 3,1% səviyyəsində qeydə alınıb. Bu barədə dövlət Statistika Komitəsi məlumat yayıb.
"Sentyabrda Azərbaycanda inflyasiya 3,1% təşkil edib. Eyni zamanda, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,4%, qeyri-ərzaq məhsulları 2,4%, xidmətlərin qiymətləri 3,3% bahalaşıb", - Statistika Komitəsi bildirib.
2022-ci ilin sentyabrında inflyasiya 2021-ci ilin sentyabrı ilə müqayisədə 15,6% təşkil edib. Bununla yanaşı, 2022-ci ilin sentyabrında ərzaq məhsulları 2021-ci ilin sentyabrına nisbətən 21,8% bahalaşıb.
Statistikaya əsasən, sentyabrda ət və ət məhsulları 3,8 faiz, çörək məhsulları 4,6 faiz, spirtli içkilər 0,2 faiz, süd məhsulları 1,4 faiz, mineral və sərinləşdirici içkilər 0,8 faiz, kərə yağı və tərəvəz bahalaşıb. Yağların qiyməti - 1,2 faiz, yumurta - 12,5 faiz, tərəvəz - 10,3 faiz, balıq və balıq məhsulları - 1,3 faiz, tütün məmulatları - 1,3 faiz artıb.
Sentyabrda meyvələr 2,1%ucuzlaşıb.
2022-ci il sentyabrın sonuna Azərbaycanda orta illik inflyasiya 13,4% (2022-ci il avqustun sonunda - 13,2% olacağı proqnozladırılır, - red) təşkil edib. O cümlədən, sentyabrın sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 19,3%, qeyri-ərzaq məhsulları üzrə 7,6%, xidmətlər üzrə 10,2% olub.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2022-ci il üçün orta illik inflyasiyanın 12,5% olacağını proqnozlaşdırır.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 