Azərbaycanda neft hasilat azalıb

2022-ci ilin yanvar-sentyabrında Azərbaycanda neft və qaz kondensatının hasilatı əvvəlki ilin eyni dövründəki 25,6 milyon tondan 24,5 milyon tona qədər azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Cari ilin ilk 9 ayında qaz hasilatı 34,4 milyard kubmetr təşkil edib. 2021-ci ilin 9 ayında bu göstərici 31,7 milyard kubmetr olub.
Bu dövr ərzində əmttə neftin istehsalı 24,4 milyon ton, əmtəə qazının istehsalı isə 25,7 milyard kubmetr təşkil edib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 