• $
  • £

Baş Prokurorluq Gəncə terroru ilə bağlı bəyanat yaydı

Baş Prokurorluq Gəncə terroru ilə bağlı bəyanat yaydı
17.10.2022 13:12
Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar Baş Prokurorluq bəyanat yayıb.


Bildirilib ki, müharibə ərazisindən 60 kilometr kənarda yerləşən Gəncə şəhərinə ilk raket hücumu 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən təşkil olunub, nəticədə 1 dinc sakin həlak olub, 39 nəfər isə yaralanıb.

Təcavüzkar dövlət tərəfindən bir gün sonra Gəncəyə ikinci hücumun təşkil edilməsi nəticəsində 3 mülki şəxs yaralanıb.

2020-ci il oktyabrın 8-də Gəncənin növbəti raket hücumuna məruz qalması nəticəsində 3 mülki şəxs yaralanıb, infrastruktura, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

2020-ci il oktyabrın 11-i gecə saat 2 radələrində Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən növbəti raket zərbələrinin endirilməsi nəticəsində aralarında qadın və uşaqlar olan 10 nəfər həlak olub, 51 nəfər isə yaralanıb.

Oktyabrın 17-də gecə saatlarında şəhərə "SCUD” ("Elbrus”) ballistik raketinin atılması nəticəsində  5-i qadın, 6-sı uşaq olmaqla 15 nəfər həlak olmuş, 29-u qadın, 19-u uşaq olmaqla 79 nəfər yaralanmış, o cümlədən yaşayış evləri və digər tikililərə külli miqdarda ziyan dəymişdir.

Gəncə şəhərinin 04, 05, 08, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10-u qadın, 6-sı azyaşlı olmaqla 26 nəfər şəxs həlak olub, 66-sı qadın, 48-i azyaşlı olmaqla 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, dini abidələrə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələrinin gecə saatlarında hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olub.

 Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə bir daha çağırır.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol