İxrac və idxal məhsullarının həcmi açıqlandı

2022-ci ilin doqquz ayı ərzində Azərbaycandan 119 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən isə idxal həyata keçirilib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi hesabatında bildirilib.
Cari ilin yanvar-avqustda xarici ticarət dövriyyəsi 35608,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 26739,9 milyon dollar, idxalın dəyəri 8868,4 milyon dollar təşkil edib, nəticədə 17871,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2021-ci ilin yanvar-avqustu ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 70,4 faiz, real ifadədə isə 6,6 faiz artıb. İxrac 10,7 faiz artıb, idxal isə 1,0 faiz azalıb.
www.anews.az

Xarici ticarət dövriyyəsinin 91,3 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Çexiya, Xorvatiya, Portuqaliya,Gürcüstan, Ukrayna, İspaniya, Tunis, İsveçrə, ABŞ, Qazaxıstan, İran, Vyetnam, Rumıniya, İndoneziya və Tailand ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal
olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 14,8
faizi Çinin, 4,5 faizi Almaniyanın, 3,7 faizi Qazaxıstanın, 3,4 faizi
İranın, 3,2 faizi ABŞ-ın, 2,6 faizi Türkmənistanın, 2,3 faizi
İtaliyanın, 2,1 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, hər biri 1,8
faiz olmaqla Ukrayna və Birləşmiş Krallığın, hər biri 1,7
faiz olmaqla Fransa və Hindistanın, 1,2 faizi Belarusun, 1,1 faizi
Braziliyanın, 1,0 faizi Özbəkistanın, 0,9 faizi Gürcüstanın, hər
biri 0,8 faiz olmaqla Polşa, Vyetnam və İndoneziyanın, 13,2
faizi isə digər ölkələrin payına hesablanıb.
Ümumilikdə cari ilin 9 ayında Azərbaycan 174 ölkə ilə ticarət əməliyyatları icra edib.
Gülnar Ümumilikdə cari ilin 9 ayında Azərbaycan 174 ölkə ilə ticarət əməliyyatları icra edib.
www.anews.az
Son xəbərlər
Daha çox 