• $
  • £

Azərbaycanda üzgüçülük məşqçiləri üçün seminar keçiriləcək

Azərbaycanda üzgüçülük məşqçiləri üçün seminar keçiriləcək
19.10.2022 20:30
Oktyabr ayının 28-29 tarixlərində Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün sayca ikinci seminar keçiriləcək.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edəcək seminarda Azərbaycanda inşa edilmiş Olimpiya Komplekslərinin üzgüçülük hovuzlarında məşqçiləri, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-2-3-4 kurs əyani və qiyabi təhsil alan tələbələri dəvət olunublar.

Seminarda üzgüçülük üzrə məşqçilik icazəsi olan istənilən şəxs iştirak edə bilər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq seminarı hal-hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış beynəlxalq dərəcəli macar məşqçi, Azərbaycan Üzgüçülük Federasiyasının Direktoru İvan Petrovu aparacaq. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol