• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Bu il 1300-dək məhkuma hüquqi yardım göstərilib

Bu il 1300-dək məhkuma hüquqi yardım göstərilib
20.10.2022 21:30
Bu ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri penitensiar müəssisələrə başçəkmələr edərək 1300-dək məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstəriblər.

Bu barədə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatı ilə bağlı keçirilən tədbirdə məlumat verib.

O bildirib ki, İctimai Şuranın üzvləri qulluğa qəbul prosesində, kollegiya, apellyasiya şurasının iclaslarında, şərti azad etmə institutunun tətbiqində, əfv və amnistiya aktlarının icrasında, hüquqi maarifləndirmə tədbirlərində (açıq qapı, brifinq, ictimai müzakirə, media-tur və s.) çox yaxından iştirak edirlər.


"Ədliyyə Nazirliyi həmçinin informasiya sorğuları ilə işin təşkilinə xüsusi diqqət yetirir. Belə sorğuların tam əksəriyyəti jurnalistlər tərəfindən daxil olur. Daxil olan sorğuların təhlili göstərir ki, əksər hallarda nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri barədə statistik göstəricilər, xüsusilə uşaqlara adların verilməsi, ad və soyadların dəyişdirilməsi, doğum, nikah və s. məsələləri mütəmadi sorğu edilir. 9 ayda 120-ə yaxın sorğunun cavablandırılması təmin edilib",-Sabitova qeyd edib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol