• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Aqroparklarda ərzaqlıq buğda istehsalı 61 % artıb - Mikayıl Cabbarov

Aqroparklarda ərzaqlıq buğda istehsalı 61 % artıb - Mikayıl Cabbarov
20.10.2022 17:01
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda bu il ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə, təxminən, 61 % artaraq 88,8 min tona çatıb. Bunu nazir Mikayıl Cabbarov tviterdə bildirib.

"Aqroparklarda ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir. 2020-ci ildə aqroparkların taxıl sahələrində 35,2 min ton, 2021-ci ildə 56% çox olmaqla - 55 min ton ərzaqlıq buğda istehsal olunub", - o deyib.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
 
Proqnozlara görə, 2021/2022-ci məhsul ili ilə müqayisədə qlobal buğda ehtiyatlarının həcminin 4,29 faiz azalaraq 268 milyon ton olacağı gözlənilir. Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34 faiz səviyyəsində olacaq.

Rusiyadan ixrac edilən buğdanın qiymətində 2021-ci ilin dekabrımndan  etibarən azalma trendi müşahidə edilsə də, 2022-ci ilin martında kəskin artıb. 2022-ci ilin iyununda 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 5,04 faiz artaraq 423,3 ABŞ dolları səviyyəsində qərarlaşıb. 2022-ci ilin iyunu ərzində buğdanın 1 tonunun Qara dəniz portlarında maksimum qiyməti 425 ABŞ dolları, minimum qiyməti 420 ABŞ dolları, Azov dənizi portlarında isə müvafiq olaraq 395 ABŞ dolları və 390 ABŞ dolları səviyyəsində olub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol