Zelenski Lavrovun həyat yoldaşı və qızına qarşı sanksiyalar tətbiq etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına qarşı sanksiya qərarını imzalayıb.
Bu barədə Ukrayna dövlət başçısının saytında məlumat yerləşdirilib.
Sənədin əsasən, Mariya Aleksandrovna Lavrova (1950-ci il təvəllüdlü) və Yekaterina Sergeevna Vinokurova (1983-cü il təvəllüdlü Lavrova) 10 il müddətinə şəxsi sanksiyalar tətbiq edilib. Onlar aktivlərin bloklanması və torpaqlarının alınmasına qadağa da daxil olmaqla 13 məhdudlaşdırıcı tədbir nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox