Azərbaycan Rusiyadan benzin idxalını azaldıb

Azərbaycan 2022-ci ilin yanvar-avqustunda 71 705,12 ton Premium Euro-95 markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 33,8% azdır, bu barədə Azərbaycan Gömrük Komitəsinin hesabatında bildirilir.
İdxal edilən Premium Euro-95 markalı benzinin dəyəri 72 milyon 19,42 min dollar (azalma 8,4%) təşkil edib.
O cümlədən, Rusiya Federasiyasından 45 597,7 min dollar dəyərind (artım 38,3%) 45 352,24 ton (5,2% azalma) Euro-95 markalı benzin tədarük edilib. Ümumilikdə, Premium Euro-95 markalı benzinin bütün idxalının 63,2%-i Rusiya Federasiyasının payına düşüb.
Rumıniyadan 7 min 286,18 ton, Bolqarıstandan 10 min 456,7 ton, Türkmənistandan 8 min 196,25 ton, Belarusdan 8 min 196,23 ton benzin idxal edilib.
2022-ci ilin yanvar-avqustunda Azərbaycana Super Euro-98 markalı avtomobil benzininin idxalı 170,21 ton (35,7% azalma) təşkil edib.
Eyni zamanda, Rusiyadan 931,13 min dollara 775,36 ton, Rumıniyadan 294,85 ton benzin 341,21 min dollara gətirilib.
2021-ci ildə Azərbaycana 147 412,23 ton Premium Euro-95 (artım 52%) avtomobil benzini idxal edilib.
2021-ci ildə ölkəyə 2684,79 ton (artım 1,1%) dəyərində Super Euro-98 markalı avtomobil benzini gətirilib.
Azərbaycana "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzinlərinin idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litri 2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manatdır.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 