• $
  • £

BMT Azərbaycanın reytinqini aşağı salıb - FOTO/ VIDEO

BMT Azərbaycanın reytinqini aşağı salıb - FOTO/ VIDEO
21.10.2022 18:48
Birləşmiş Millətlər Təşkilatının elektron hökumətin inkişafı indeksinə görə hazırlanan növbəti reytinq cədvəlində Azərbaycan 2022-ci ildə 13 pillə geriləyərək 193 ölkə arasında 83-cü pillədə yer alıb. Bu barədə  millət vəkili Etibar Əliyev Milli Məclisin cümə günü keçirilən plenar iclasında bildirib. 
 
"Azərbaycan bu il 13 pillə geriləyərək 193 ölkə arasında 83-cü pillədə yer alıb. Reytinq iki ildən bir açıqlanır. Ötən reytinqlərdə -2018, 2020-ci illərdə Azərbaycan eyni yerdə-70-ci pillədə qərarlaşmışdı", - Əliyev  deyib. 
 
Onun sözlərinə görə, Elektron xidmətlər üzrə Azərbaycan 100 mümkün baldan 61, telekommunikasiya infrastrukturu üzrə - 67, insan kapitalı üzrə isə 79 bal qazanıb. 

"Hesabatdan görünür ki, Azərbaycanda ən zəif vəziyyət elektron xidmətlər istiqamətində olub. Bizim ən bərbad vəziyyətimiz elektron xidmətlər istiqamətinin alt qrupu olan elektron iştirakçılıq indeksi olub. Bu indeks üzrə biz 25 pillə geriləyərək ötənilki 73-cü yerdən 98-ci yerə düşmüşük.  Elektron iştirakçılıq üzrə hətta elə bəndlər var ki, Azərbaycan onların qiymətləndirilməsi zamanı 0 bal alıb. Bu 2016-cı illə müqayisədə 51 bal geriləmək deməkdir”, - deputat bildirib.  

Millət vəkili onlayn şəffaflıq, informasiya açıqlığı, xidmətlərə və ictimai informasiyalara əlçatanlıq texnologiyaları üzrə genişzolaqlı mobil istifadəçilər üzrə də nəticələrin qənaətbəxş olmadığını qeyd edib. 

Deputat BMT-nin hesabatının şəffaflığı barədə danışarkən bildirib ki, hesabatda son zamanlarda görülən işlər, xüsusən mobil həllər Bakının rayonları xaric  regional elektron xidmətlər nəzərə alınmayıb. 

" İki dövlət qurumundan birində normal data var, amma onu digər dövlət qurumu ilə bölüşmək istəmir.  Onlarla rəqəmsal arayış var, amma heç bir dövlət qurumu bu arayışları tanımır. Prezident fərmanı ilə qəbulu nəzərdə tutulan sənədlər nazirliklərdə yatır.  Nazirliklərdə rəqəmsallaşma və elektron "gov" (domen, - red)  sahəsində işlər hədsiz ləng gedir”, - deputat deyib.

Millət vəkili  çıxışında, nazirliklərdə rəqəmsallaşma problemlərinin həlli üçün bu işin ən azı müavin səviyyəsində məsul şəxslərin nəzarətinə verilməsini vacib sayıb. 
 

 
Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol