• $
  • £

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçirilə bilər

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçirilə bilər
24.10.2022 10:24
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü ola bilər. Bu barədə "Vedomosti” nəşri məlumat verib.
 
Nəşrin yazdığına görə görüşün oktyabrın son günləri keçiriləcəyi planlaşdırılır.
 
Üç ölkə rəhbərlərinin görüşü Moskva və ya Soçidə keçirilə bilər.
 
Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin fikrincə, bu görüşdə yol xəritəsi məsələsi müzakirə oluna bilər. 
 
"Rusiya ilə Ukraynada gedən müharibənin nəticəsizliyi Rusiyanın dünya və bölgə üzrə ciddi addımlar atmasını şərtləndirir. Müharibənin üzdə görünən hissəsi silahlarla olsa da, müharibənin strateji hissəsi qeyri müharibə zonalarında, kommunikasiya yolları uğrunda  baş verir. Avropanən dörd dəfə İlham Əliyev və Paşinyanın görüşünü təşkil etməkdə məqsədi, sakit okean sahillərindən, Atlantik okean sahillərinə qədər paralel uzanan dünyanın ən böyük strateji yolu Zəngəzur dəhlizidir. İranın Avropa ilə ciddi sanksiyalarda olması imkan vermir ki, bu yol reallaşsın. Yolun kimə aid olmasını heç kəs müəyyən edə bilmir. Avropa bu yolu ələ keçirmək üçün Paşinyan və Əliyev faktorundan istifadə edir. Onların görüşlərini təşkil edib, ki avropa xətti ilə sülh əldə etsinlər. Rusiya isə buna imkan vermək istəmir. Çünki 10 noyabr razılaşması Rusiyanın nəzarəti altında olub və Zəngəzur dəhlizi açılacaqsa, dərhal həmin dəhlizdə idarə etmə verilməlidir. Ona görə düşünürəm ki, bu görüş mütləq olacaq və Avropadan fərqli olaraq yol xəritəsi müzakirə olunacaq", - Əziz Əlibəyli deyib.
 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin deputatı Azay Quliyev bildirir ki, bu görüşün əsas məqsədi Ermənistanla Azərbaycan arasına baş verən münasibətlərin normaya salınmasıdır.
 
"Düşünürəm ki, qarşılıqlı münasibətlər yavaş- yavaş normallaşmağa doğru gedəcək.  Bu görüşdə  sülh müqaviləsi inanmıram ki,  bağlansın. Müqavilə üçün hələ tezdir. Onun üçün xarici işlər nazirləri görüşməlidirlər. Hələki belə bir görüş baş tutmayıb.  İki ay müddətində müqavilə bağlanıb təqdim olunmalıdır.  Azərbaycan üçün görüşün harda olmasının heç bir mənası yoxdur", - deputat bildirib.
 
Oktyabrın 7-də Praqda Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.Bəyanata görə Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıb. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək.
 

Aytac Zeynalova
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol