Prezident İlham Əliyev bu gün Gürcüstana səfər edəcək- YENİLƏNİB/VIDEO
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib.
Məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.
Məlumata görə, Prezident İlham Əliyev səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.
Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.
********
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.
Məlumata görə, Prezident İlham Əliyev səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox