ABB “ƏDV geri al” xidmətini LeoBank istifadəçiləri üçün də əlçatan etdi

ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir, müştərilər üçün yeni dəyərlər yaradır. Maliyyə xidmətlərinin daha səmərəli, hər kəs üçün əlçatan və rahat olması üçün imkanlarını ölkəmizdəki başqa banklarla da paylaşır.
Bundan əvvəl isə eyni imkan Azercell və Hesab.az-la da yaradılıb. Beləliklə, alış-veriş çeklərini artıq həm ABB mobile tətbiqi, həm Azercell, həm Hesab.az, həm də LeoBank tətbiqi vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplamaq olar.
"ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.
www.anews.az
Son xəbərlər
Daha çox 