Bu ilin doqquz ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 9 milyarda çatıb
Cari ilin doqquz ayında Azərbaycanla- Gürcüstan arasındakı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
"Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr Gürcüstanla əməkdaşlığımızı daha da güclənidirir. Azərbaycan Gürcüstana 3 milyardan çox sərmayə qoyub və bu sərmayə qarşılıqlı və faydalı sərmayədir. Bu sərmayə hər iki tərəfin maraqlarına cavab verir." - prezident bildirib.
İlham Əliyev mətbuata çıxışında enerji və qaz məsələlərinin də artırılmasınının vacib olduğunu deyib.
"Gələcək enerji siyasəti ilə bağlı geniş müzakirə apardıq. Həyata keçirilmiş layihələr uğurla fəaliyyətdədir və yeni layihələr haqqında düşünürük. Qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kub metr ixracatımız olacaq. Gələn il daha da artacaq. Gələn il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını iki dəfə artıacaq. Azərbaycan 2027-ci ildə təkcə Avropaya 20 milyard kub metr qaz ixrac edəcək", - prezident açıqlamasında söyləyib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. Səfər çərçivəsində İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox