Ukrayna Rusiyanın RT telekanalının fəaliyyətinin dayandırılmasını istəyib
Ukrayna Rusiyanın nəzarətində olan RT telekanalının dayandırılmasını tələb edib. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müsahibənin klipi ilə bağlı Twitter səhifəsində paylaşım edib.
Buna səbəb isə aparıcılardan birinin Sovet İttifaqı dövründə rusları işğalçı kimi görən ukraynalı uşaqların suda boğulmalı olduğunu deməsindən sonra bu media qurumunun soyqırımın təhrikçisi olduğunu bildirib.
Avropa İttifaqının sanksiyasına məruz qalan Krasovski Rusiya televiziyasında hərbi şərhçidir. O, elmi fantastika janrıdan əsərlərin müəllifi, yazıçısı Sergey Lukyanenkonun 1980-ci illərdə Ukraynaya ilk səfəri zamanı uşaqların ona "Moskva onların ölkəsini işğal etməsəydi, daha yaxşı yaşayardılar" dedikləri haqda sualı cavablandırıb.
"Onları Tısınada boğmaq lazım idi. O uşaqları boğ, batır onları," Krasovski deyib. Onun sözlərinə görə, alternativ olaraq, onları daxmalara basıb yandırmaq da olardı.
Müsahibənin sosial mediada paylaşılan videosunun qısa bir hissəsində Krasovskinin işğal zamanı Rusiya əsgərlərinin yaşlı ukraynalı qadınlara təcavüz etdiyi barədə xəbərlərə də güldüyünü görmək mümkündür.
"RT-yə hələ də qadağa qoymayan hökumətlər bu fraqmentə baxmalıdırlar," Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müsahibənin klipi ilə bağlı Twitter səhifəsində deyib.
"Söz azadlığı ilə heç bir əlaqəsi olmayan soyqırıma aqressiv təhrikdir. Biz şəxsi buna görə məhkəməyə verəcəyik. RT bütün dünyada qadağan edilsin," Kuleba əlavə edib.
Kremlin ciddi nəzarətində olan Rusiya dövlət televiziyası Rusiyanın Ukraynaya təcavüzünü aktiv şəkildə dəstəkləyir.
Aparıcılar mütəmadi olaraq Rusiyanın hərbi cinayətləri ilə bağlı xəbərləri təkzib edir və bir çoxları efir vaxtından istifadə edərək, Rusiya prezidenti Vladimir Putini işğalı daha da aqressivləşdirməyə çağırır.
Kreml Rusiya qüvvələrinin Ukraynada hərbi cinayətlər törətdiyini inkar edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox