Ukraynada 69 minə yaxın rus hərbçisi MƏHV EDİLİB
Ukrayna müharibənin 245-ci günü üçün Rusiya ordusunun itkilərinin sayı açıqlanıb. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Rusiya indiyə qədər 68 900 hərbçi, 2 628 ədəd tank, 5 351 ədəd zirehli döyüş maşını, 1686 ədəd artilleriya sistemi, 379 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 192 hava hücumundan müdafiə sistemi, 271 ədəd hərbi təyyarə, 248 ədəd helikopter, 4076 ədəd avtomobil texnikası, 1379 ədəd PUA, 350 qanadlı raket, 16 gəmi/qayıq, 149 xüsusi avadanlıq itirib.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox