• $
  • £

Ukraynadan Rusiyaya qarşı bir vasitə kimi istifadə olunur - Putin

Ukraynadan Rusiyaya qarşı bir vasitə kimi  istifadə olunur - Putin
26.10.2022 17:22
Ukrayna suverenliyini itirib və birbaşa ABŞ-ın nəzarətinə keçib. Bu barədə Rusiya Prezideti Vldimir Putin  MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iclasında  bildirib. Məlumatı RİA Novosti agentliyi yayıb. 
 
Onun sözlərinə görə,  Ukraynadan Rusiya, KTMT və MDB-yə qarşı vasitə kimi istifadə olunur.

Putin əmindir ki, Ukrayna ərazisi "hərbi bioloji təcrübələr üçün sınaq poliqonu kimi istifadə olunur”. O, hesab edir ki, Ukrayna "Amerikanın xarici siyasətinin alətinə” çevrilib.
 
"Ölkə faktiki olaraq suverenliyini itirib və birbaşa ABŞ-ın nəzarətindədir, ondan Rusiyaya, Belarus Respublikası ilə birlik dövlətimizə, bütövlükdə KTMT və MDB-yə qarşı bir zərbə kimi istifadə edirlər", - o deyib. 

Vladimir Putin həmçinin bildirib ki, bəzi ölkələr "sarsılan hegemonluqlarını qoruyub saxlamağa” çalışırlar. O, hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.
 
"Beynəlxalq ünsiyyətin bəzi iştirakçıları nəyin bahasına olursa-olsun öz sarsılan hegemonluğunu qorumağa, geniş spektrli siyasi, hərbi, iqtisadi, informasiya və digər üsul və vasitələrdən istifadə etməyə çalışırlar”, - Putin deyib. 

Rusiya prezidenti həmçinin bildirib ki, Ukrayna "çirkli bomba”dan istifadə etməyi planlaşdırır. Rusiya tərəfi bu ittihamları ötən həftə səsləndirməyə başlayıb, Kiyev isə bu iddiaları rədd edir.
 
ABŞ, Böyük Britaniya və Fransa Moskvanın versiyasına inanmadığını bildirib.  Buna baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası ölkənin nüvə obyektlərini yoxlamaq üçün Ukraynaya gələcək.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol