• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
03.03.2026 20:30

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib.Bu barədə səfirliyinin X-dəki hesabında paylaşım edilib.

Bildirilib ki,regionda baş verən hadisələrlə əlaqədar 28 fevral 2026-cı il tarixindən etibarən Küveytin hava məkanı bağlı olaraq qalır.Vətəndaşlarımızın Küveytin rəsmi qurumlarının açıqlamalarını, eləcə də Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyinin məlumatlarını diqqətlə izləmələri, səlahiyyətli orqanlar tərəfindən verilən təhlükəsizlik qaydalarına və tövsiyələrinə ciddi şəkildə əməl etmələri tövsiyə olunur.

Səfirlik vətəndaşlara rəsmi mənbələrdən gələn məlumatları izləməyi, təhlükəsizlik qaydalarına əməl etməyi və qeyri-rəsmi məlumatlar və şayiələrə inanmamağı məsləhət görür. Mümkün təhlükələrə görə insanlara zəruri hallar istisna olmaqla evdə qalmaq, küçədə olarkən həyəcan siqnalları və partlayış səsləri eşidildikdə dərhal qapalı və təhlükəsiz yerə sığınmaq tövsiyə olunur.

Səfirlik həmçinin təcili vəziyyətlər üçün əlaqə nömrəsi və elektron poçt ünvanı daxil olmaqla əlaqə vasitələrini açıqlayıb.

Qeyd olunub ki, vətəndaşlar hər hansı fövqəladə vəziyyətlə üzləşdiyi təqdirdə Azərbaycanın Küveytdəki səfirliyinin birbaşa qaynar xətti olan +965 6095 5596 nömrəsi ilə, eyni zamanda, səfirliyin elektron poçt ünvanı vasitəsilə əlaqǝ saxlaya bilərlər [email protected].

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol