“Brent” neft ucuzlaşıb
“Brent” markalı xam neftin qiyməti 3%-dən çox azalıb.
Londonun ICE birjasının məlumatına görə, Bakı vaxtı ilə saat 18:30-da dekabr fyuçerslərinin qiyməti 3,02% ucuzlaşaraq bir barel üçün 106,24 dollar təşkil edib.
Bundan əvvəl, saat 18:26-da qiymət 2,11% azalaraq 107,24 dollara enmişdi.