“Azərbaycan Dəmir Yolları”nın yeni sədri kimdir? – DOSYE
Prezident İlham Əliyevin Sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Yeni sədrin dosyesini təqdim edirik:
Rövşən Rüstəmov daha əvvəl nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində çalışıb.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə "Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. 15 iyun 2021-ci ildən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində çalışıb.
www.anews.az
Yeni sədrin dosyesini təqdim edirik:
Rövşən Rüstəmov daha əvvəl nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində çalışıb.
Sədr 1980-ci il oktyabrın 6-da İmişlinin Cəfərli kəndində anadan olub.
1995-ci ildə Cəfərli kənd orta məktəbində 9-cu sinfi bitirdikdən sonra, orta təhsilini Bakı şəhəri, 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə başa vurub.
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə” fakültəsinə ("Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə) daxil olub. 2001-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib və eyni ildə həmin Akademiyanın "İnzibati idarəetmə” fakültəsinin magistraturasına daxil olub. 2003-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.
Rövşən Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb və 2004-cü ilə qədər bir sıra aparıcı mətbu orqanlarda iqtisadiyyat sahəsi üzrə analitik məqalələrin yazılması və təhlillərin aparılması ilə məşğul olub. 2004-cü ilin iyulunda əmək fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirmiş və burada iqtisadçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2005-2010-cu illərdə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) əsas icraçılarından biri, bu saziş çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi layihəsinin texniki direktoru, 5-dən artıq işçi qrupun rəhbəri olub.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə "Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. 15 iyun 2021-ci ildən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində çalışıb.
Ailəlidir, 1 övladı var.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əvvəlki sədri Cavid Qurbanov 2022-ci ilin mayında vəzifəsindən azad edilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox