• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Seçin SOCAR-ı “Vostok Oil” layihəsində iştiraka dəvət edib

 Seçin SOCAR-ı “Vostok Oil” layihəsində iştiraka dəvət edib
27.10.2022 12:37
"Rosneft”in rəhbəri İqor Seçin SOCAR-ı Krasnoyarsk diyarının şimalında yerləşən  "Vostok Oil” layihəsində iştirak etməyə dəvət edib. O, bunu  Bakıda keçirilən Verona  Avroasiya İqtisadi Forumundakı çıxışında  deyib.  

"Vostok Oil” layihəsinin icrası əvvəlcədən elan olunmuş qrafik çərçivəsində davam edir. "Biz bu layihənin iştirakçıları arasında dostlarımızı, o cümlədən SOCAR-ı görməyə şad olarıq”, -  o bildirib.

"Rosneft” rəhbərinin sözlərinə görə, Şərqə üz tutmaqla bağlı strateji qərar qəbul edən Rusiya Asiya-Sakit Okean regionuna enerji resurslarının ixracını sistemli şəkildə artırır.

"İnfrastrukturun inkişafı ilə Rusiyanın Çin və Hindistana neft ixracı 2021-ci ildə 80 milyon tonu ötüb. "Vostok Oil" layihəsinin işə salınması Cənub-Şərqi Asiya, Hindistan və Çin bazarlarının artan tələbatını ödəyəcək. Biz qarşılıqlı anlaşmaya çalışırıq. "Vostok Oil” neft bazarının uzunmüddətli sabitliyini təmin edəcək və enerji resurslarının qiymətində əlverişsiz artımın qarşısını alaraq qiymət dəyişkənliyini azaldacaq”, - Seçin əlavə edib.

O xatırladıb ki, bu il "Vostok Oil” layihəsi üzrə aparılan kompleks kəşfiyyat işləri zamanı neft ehtiyatlarının əhəmiyyətli dərəcədə artması təsdiqlənib. 

"Bu, bizə "Vostok Oil" layihəsinin resurs bazasının 6,2 milyard tondan 6,5 milyard tona qədər artırılmasından danışmağa imkan verir", - Seçin bildirib.

O həmçinin qeyd edib ki, Rusiya artıq bu il BP şirkətinə 700 milyon dollar həcmində divident ödəyib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol