2022 ci ilin 9 ayında vergi orqanlarına bu qədər müraciət daxil olub

2022 ci ilin 9 ayında vergi orqanlarına 214 806 müraciət daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bunun da 91 faizi ərizə, 8,9 faizi şikayət daxil olub.
Həll olunan müraciətlərin sayı 65,5 faiz, izahatlar verilən 27,8 faizdir. Qalanları barədə müvafiq qərar qəbul edilib.
9 ay ərzində vergi orqanlarında müvafiq qayda da həll olunmuş faktiki şikayətlərin 91,8 faizi kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyətləri, təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub.
Dövlət Vergi Xidmətinin Aparatına 20.451 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz azdır.
Aytac
www.anews.az
Son xəbərlər
Daha çox 