SOCAR "Rosneft" ilə əməkdaşlığa hazırdır - Rövşən Nəcəf

Azərbaycan Dövlət Neft şirkəti "Rosneft”in təkliflərini nəzərdən keçirməyə hazırdır, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Anews.az-ın sualını cavablandırarkən bildirib.
"Biz forumdakı çıxışımda dediyim kimi əməkdaşlığa əməkdaşlığa hazırıq" deyən Rövşən Nəcəf "bu o deməkdirmi ki, SOCAR "Rosneft" prezidentinin təklif etdiyi Vostok Oil layihəsində iştirak məsələsinə baxa bilər" sualına "mən bunu deməmişəm" cavabını verib.
Bundan əvvəl "Rosneft”in rəhbəri İqor Seçin forumda çıxış edərək Azərbaycan şirkətini Krasnoyarsk diyarının şimalında "Vostok Oil” layihəsində iştirak etməyə dəvət edib.
"Biz bu layihənin iştirakçıları arasında dostlarımızı, o cümlədən SOCAR-ı görməyə şad olarıq”, - deyə o bildirib.
2020-ci ildə Rosneft Vostok Oil layihəsi çərçivəsində Taymirdəki yataqların genişmiqyaslı işlənməsinə başladı. Buraya Krasnoyarsk diyarının şimalındakı aktivləri - Vankor, Suzunskoye, Taqulskoye, Lodochnoye yataqları daxil olmaqla 52 lisenziyalı ərazilər, həmçinin yeni yataqlar - Payaxskoye (ehtiyatı 1 milyard tondan çox neft) və Zapadno-İrkinskoye daxildir. (0,5 mlrd. ton neft) daxildir. Orada karbohidrogenlərin hasilatı potensialı ildə 115 milyon ton təşkil edə bilər.
Rosneft 2024-cü ildə Şimal Dəniz Yolu ilə Vostok Oil-dən 30 milyon ton neft göndərəcəyini vəd edib.
N.Təbrizli
www.anews.az