BP "Rosneft"-in kölgə səhmdarı olaraq qalır - Seçin

Britaniyanın BP şirkəti öz paketinə uyğun bütün hüquq və dividendləri özündə saxlayaraq Rosneft-in "kölgə” səhmdarı olaraq qalır, "Rosneft”in rəhbəri İqor Seçin Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Əlavə olaraq, hörmətli həmkarlarıma bildirmək istərdim ki, BP-nin Direktorlar Şurasının bu il fevralın 27-də "Rosneft”in nizamnamə kapitalında iştiraka xitam verilməsi barədə qərarı ilə bağlı parlaq bəyanatlarına baxmayaraq, şirkət tələblərə əməl etməyib. Bütün ritorikalara baxmayaraq, mən deyərdim ki, "kölgə" səhmdar olmaqda davam edir. Şirkətin idarəetmə orqanlarının işində iştirak etmir, paketə uyğun bütün hüquq və dividendləri özündə saxlayır. Fürsətdən istifadə edərək, BP-dən olan dostlarımıza çatdırmaq istəyirəm ki, 2021-ci ilin ikinci yarısı üçün onlara ödəniləcək 700 milyon dollar məbləğində dividendlər onlar üçün açılmış hesablara köçürülüb”, - Seçin bildirib.
Onun sözlərinə görə, BP ilə birgə layihələrin icrası uğurla davam edir.
"Sentyabrda tərəfdaş tərəfindən maliyyə çatışmazlığına baxmayaraq, biz böyük Xarampur qaz layihəsinə dəqiq qrafik üzrə başladıq ki, bu da bizə şirkətin hasilatını ildə 11 milyard kubmetr artırmağa imkan verdi. ."
"Xatırladıram ki, BP-nin kapitalda iştirakdan və "Rosneft"lə birgə müəssisələrdən əldə etdiyi gəlir 37 milyard dollar təşkil edib, ümumi pul vəsaiti isə təxminən 10 milyard dollar təşkil edib. Bu, qoyulmuş kapital üçün əla kompensasiyadır", - o vurğulayıb.
N.Təbrizli
www.anews.az