Qarabağ Dirçəliş Fonduna nə qədər ianə olub? - RƏSMİ

Qarabağ Dirçəliş Fonduna 2021-ci ildə 892,206,306 AZN ianə olunub. Bu barədə Fonddan məlumat verilib.
Qarabağ Dirçəliş Fondu prezidentin fərmanı ilə 2021-ci ildə yaradılıb.
Fond publik hüquqi şəxs işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Gülnar
www.anews.az
Fond ianələrdən əldə olunan gəlirin bir qismini Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 9,198,829 AZN maliyyə gəliri əldə edib.
Qurum ötən ili 888,343 milyon manat xalis mənfəətlə başa vurub. bu dövr ərzində maliyyə gəlirləri 9,199 milyon manat, ümumi, inzibati və sair əməliyyat xərcləri 533 min manat, dəyərsizləşmədən zərəri 10,351 milyon manat, maliyyə xərcləri 449 min manat, mənfəət vergisi ödəmələri isə 1,729 milyon manat təşkil edib.